İşə qəbul üzrə mütəxəssis

  • 197
  • Bakı
  • 10/02/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş 700 ₼
  • Yaş 24 - 40 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 3 - 5 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Bəli
  • Elanın tarixi 10/02/2021
  • Bitmə tarixi 10/03/2021

Namizədə tələblər

- Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
- Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

İş haqqında məlumat

- Vakansiya elan mətninin hazırlanması
- Vakansiya elanı və İşədüzəltmə şirkətlərinin araşdırılması, siyahısının tutulması, qiymətləndirilməsi və seçilməsi
- Vakansiya elanlarının vakansiya saytlarında yerləşdirilməsi. Sosial mediada (facebook, linkedin və s.) elanların verilməsi və müraciətlərin cavablanması
- Daxili işə qəbul mənbələrindən iş müraciətlərinin vəzifə uyğunluğu, karyera planı və performans nəticələri üzrə yoxlanılması
- Namizəd qiymətləndirmə formasında yekun müsahibə nəticələrinin qeydiyyatının aparılmasının təmini
- Son müsahibə mərhələsində namizədlərin məlumatlarının və namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya salınması
- İş təklifi veriləcək namizədlə ilkin görüşün həyata keçirilməsi
- Karyera sərgilərində iştirak etmək
- İşə qəbul planının icrası ilə bağlı bütün növ hesabatların hazırlanmasını təmin etmək
* Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “İŞƏ QƏBUL ÜZRƏ MÜTƏXƏSSİS” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərlər.