İşə Qəbul üzrə Mütəxəssis

  • 125
  • Bakı
  • 12/10/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş 400 - 700 ₼
  • Yaş 21 - 35 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Dil bilikləri Azərbaycan dili Rus dili
  • Elanın tarixi 12/10/2021
  • Bitmə tarixi 12/11/2021

Namizədə tələblər

Tələblər:
• Təhsil: Ali təhsil;
• Təcrübə: Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı;
• Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli, 1C programında işləmə bacarığı üstünlükdür;
• Peşəkar ünsiyyət qurma bacarıqlarına malik olmalı;
• Güclü təşkilati bacarıqlara malik olmalı;
• İşgüzar yazışma əsaslarını bilməli;
• Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;

İş haqqında məlumat

Vəzifə öhdəlikləri:
• İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
• Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
• İşçilərin işə qəbul və yerləşdirmə müddətində iştirak etmək;
• Aktiv vakansiyalar üzrə namizədlərin axtarışı;
• Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi.
İş şəraiti:
• Əmək haqqı: 400-700 AZN
• Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.