İşə qəbul üzrə mütəxəssis (recruiter)

  • 196
  • Bakı
  • 06/04/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 23 - 35 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Xeyr
  • Dil bilikləri Azərbaycan dili Rus dili İngilis Dili
  • Elanın tarixi 06/04/2021
  • Bitmə tarixi 06/05/2021

Namizədə tələblər

 İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
 Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
 AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
 Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
 Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
 Kompüter bacarıqları: MS Office proqramları;
 Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

İş haqqında məlumat

“Mətanət A” şirkəti İşə qəbul mütəxəssisi (recruiter) vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
 Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
 Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
 Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
 İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
 Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
 Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
 Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
 Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
 İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
 İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
 Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Əmək haqqı:
 Razılaşma yolu ilə.
İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.