Mütəxəssis

  • 192
  • Bakı
  • 31/08/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 25 - 55 yaş
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 31/08/2021
  • Bitmə tarixi 01/10/2021

Namizədə tələblər

Namizədə tələblər:
• Sahə üzrə ali təhsil
• Minimum 3 il qida sənayesində iş təcrübəsi.
• Keyfiyyətə nəzarət, qida təhlükəsizliyi və halallıq üzrə müvafiq sertifikatlar
• MS Office üzrə kompyuter bilikləri

İş haqqında məlumat

Əsas vəzifə öhdəlikləri:
• Qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə effektiv nəzarətin təşkil olunmasında və bununla bağlı Cəmiyyətin siyasətinin həyata keçirilməsində iştirak etmək;
• Qida təhlükəsizliyi sahəsində risklərin təhlilini, qiymətləndirilməsini, idarə edilməsini və risklər haqqında məlumatlandırmanı həyata keçirmək;
• Cəmiyyətin soyuq zəncir idarəolunması üzrə prosedurlarının tətbiqində yaranan problemlərin araşdırılmasını həyata keçirmmək;
• Fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və rəhbərliyə hesabatlılığını təmin etmək;
• Keyfiyyətə nəzarət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və Qida təhlükəsizliyi və Halallıq üzrə sertifikatların alınması və digər məsələlərin həlli üçün müvafiq Dövlət Qurumları ilə əməkdaşlıqda iştirak etmək;
• Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq sahənin inkişafı və Cəmiyyətdə nəzarət sisteminin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;
• İstifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qərar qəbul edilməsi üçün təkliflər vermək;
• Qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsində, proqramların, inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
• Şöbənin əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
• Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək, kimi vəzifələri yerinə yetirir
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix 12 Sentyabr, 2021.