Satınalma mütəxəssisi
- Şəhər Bakı
- Kateqoriya Digər
- Maaş 1000 - 1500 ₼
- Yaş 25 - 50 yaş
- İş təcrübəsi 3 - 5 il
- Nahar verilir Xeyr
- Sığorta olunur Xeyr
- Elanın tarixi 27/01/2021
- Bitmə tarixi 27/02/2021
Vakansiya aktiv deyil
Namizədə tələblər
- Bazar təlabatı və qiymətləri təhlil bacarığının olması
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmə bacarığı
- Kompüter bilikləri: MS Office
- Market sahəsində ən az 3 il iş təcrübəsi
İş haqqında məlumat
“Bizim Kəndimiz” MMC satınalma mütəxəssisi üzrə vakansiya elan edir.
Bizim Kəndimiz Market kənd məhsulları satışını həyata keçirən mağazalar şəbəkəsidir.
Satınalma mütəxəssisi vəzifəsi üçün tələblər:
- Etibarlı, peşəkar, sağlam təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili
- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur, namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir
- İş: AR qanuna uyğun müqavilə
- İş vaxtı: I-VI günlər
Cv-lərinizi “Satınalma mütəxəssisi” başlığı altında [email protected] ünvanına göndərə bilərsiniz.