Resepsiyonist – koordinator

  • 293
  • Sumqayıt
  • 17/04/2022
  • Şəhər Sumqayıt
  • Kateqoriya Ofis menecmenti
  • Maaş 300 ₼
  • Yaş 18 - 65 yaş
  • Təhsil Orta təhsil
  • İş təcrübəsi 1 ildən aşağı
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Dil bilikləri Azərbaycan dili
  • Elanın tarixi 17/04/2022
  • Bitmə tarixi 17/05/2022
Vakansiya aktiv deyil

Namizədə tələblər

• Kompüter bilikləri:
Microsoft Office Proqramları: Word, Excel, Powerpoint və s.
• Dil bilikləri:
Azərbaycan dilində işgüzar üslubda yazmaq, danışmaq və təqdimat etmək bacarığı;
Rus dili bilik və bacarığı arzuolunan haldır və digər kriteriyalar uyğun olduğu halda üstünlük hesab edilə bilər;
• 1 il iş təcrübəsi.
İş rejimi:
Həftənin 5 günü 09:00-17:00
Şənbə günü 09:00-13:00
Əmək haqqı: 300 AZN
İş yeri Sumqayıt şəhərindədir.

İş haqqında məlumat

• “Dayaq Xeyriyyə”-ə gələn müraciətlərin qeydiyyatının aparılmağı, arxivləşdirilməyi və müvafiq tədbirlərin görülməyi:
- Ehtiyaclarının qarşılanmağından ötrü yardım üçün edilən müraciətlərin (telefon zəngi, email, ərizə, sosial şəbəkə və sair vasitəsilə) cavablandırılmağı, məlumat toplanması, toplanılan məlumatın həmin müraciət edən ehtiyaclı üçün açılmış iş qovluğunda qeyd edilməyi və araşdırma qrupuna yönləndirilməyi;
- Araşdırma qrupunun komitə iclaslarının təşkil edilməyi və iclasın katibliyinin aparılmağı;
- İclasda verilən qərarlara müvafiq olaraq müraciət edən ehtiyaclılara məlumat verilməyi, görüləcək tədbirlərin koordinasiyası və qeydiyyata alınmağı.
- İanə vermək, könüllü kimi müəssisənin xeyriyyə işlərində iştirak etmək, məşğul olduğu peşə fəaliyyəti ilə təmənnasız olaraq ehtiyaclılara mal və xidmətləri təqdim etmək və digər xeyriyyə təklifləri ilə əlaqədar gələn müraciətlərin qəbulu, qeydiyyatı və koordinasiyası.
• “Dayaq Xeyriyyə”-in fəaliyyət göstərdiyi sahələrdə gördüyü işlərin sosial mediada işıqlandırılmağından ötrü tələb olunan xam məlumatların təmin edilməsi.