Daxili Audit departamentinin direktoru
- Şəhər Bakı
- Kateqoriya Audit
- Maaş Razılaşdırma yolu ilə
- Yaş 30 - 45 yaş
- Təhsil Bakalavr
- İş təcrübəsi 3 - 5 il
- Nahar verilir Bəli
- Sığorta olunur Xeyr
- Dil bilikləri Azərbaycan dili Rus dili
- Elanın tarixi 12/03/2021
- Bitmə tarixi 12/04/2021
Vakansiya aktiv deyil
Namizədə tələblər
Təhsil: Ali
İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi olan;
Yaş həddi: 30-45 yaş;
Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
Şəxsi avtomobilin olması mütləqdir.
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşma;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
İş haqqında məlumat
İşin təsviri:
Audit Departamentinin fəaliyyətinin təşkili və idarə edilməsi;
İllik audit planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi,
Plan əsasında keçiriləcək daxili audit yoxlamaların təşkilini aparmaq;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
Risklərin qiymətləndirməsi və auditin icrası;
Audit yoxlamaları zamanı əldə edilmiş nəticələrin rəhbərliyə təqdim edilməsi;
Audit zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
Şirkətin aylıq, rüblük və illik audit hesabatlarının hazırlanması;
Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.