Daxili Audit Şöbəsi Mütəxəssis

  • 200
  • Xırdalan
  • 11/01/2022
  • Şəhər Xırdalan
  • Kateqoriya Audit
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 25 - 45 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 11/01/2022
  • Bitmə tarixi 11/02/2022

Namizədə tələblər

Minimum 2 il audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi.
Təhsil və ixtisas tələbləri:
- Ali iqtisadi təhsilə üstünlük verilir.
Kompüter biliklərinə dair tələblər:
- MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.
Xarici dil tələbləri:
- İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır;
Tələb olunan zəruri biliklər:
- Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA və s.) sertifikatları;
- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.

İş haqqında məlumat

- Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;
- Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
- İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş
sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
- Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix 31.01.2022