Daxili Auditor

  • 63
  • Bakı
  • 11/10/2021
  • Şəhər Bakı
  • Kateqoriya Audit
  • Maaş 500 - 600 ₼
  • Yaş 20 - 35 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Dil bilikləri Azərbaycan dili
  • Elanın tarixi 11/10/2021
  • Bitmə tarixi 11/11/2021

Namizədə tələblər

Tələblər:
• Yaş: 20-35;
• Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
• Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
• Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi arzuolunandır;
• Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
• Analitik təfəkkür;
• İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
• Komandada işləmə bacarığı.

İş haqqında məlumat

Vəzifə öhdəlikləri:
• İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
• Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
• Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
• Şirkətdaxili konfidensiallığa riayət olunması;
• Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.
İş şəraiti:
 Əmək haqqı: 500-600 AZN gross
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.