Mütəxəssis

  • 640
  • Xırdalan
  • 27/04/2022
  • Şəhər Xırdalan
  • Kateqoriya Audit
  • Maaş 700 ₼
  • Yaş 25 - 45 yaş
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 27/04/2022
  • Bitmə tarixi 27/05/2022

Namizədə tələblər

- Ali təhsil
- Qeyd olunan vəzifə üzrə ən azı 1-2 illik iş təcrübəsi
- Qida istehsalı sahəsində iş təəcrübəsi
- Rus və İngilis-dilini bilməsi arzu olunandır
- İSO 22000-2018 Qida təhlükəsizliyi İdarəetmə Sistemi üzrə sertifikatın olması
- İSO 9001-2018 İdarəetmə Sisteminin üzrə sertifikatın olması
- HACCP biliklərinin olması
- Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
- MS Office programları (Word, Excell, Power-Point, Outlook)

İş haqqında məlumat

• İş saatı 09:00-18:00
• İstirahət günləri : şənbə və bazar günü
• Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
• Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
• İstehsalat intizamının möhkəmləndirilməsi;
• Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
• Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
• Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
• Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
• Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
• Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
• Keyfiyyətə nəzarət planının hazırlanması;
• Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
• Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix_________________________.