Təcrübəçi

  • 210
  • Beyləqan
  • 26/10/2021
  • Şəhər Beyləqan
  • Kateqoriya Kredit mütəxəssisi
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 18 - 30 yaş
  • İş təcrübəsi 1 ildən aşağı
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 26/10/2021
  • Bitmə tarixi 26/11/2021
Vakansiya aktiv deyil

Namizədə tələblər

“İNTERNATİONAL BOKT” QSC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
- Ünsiyyət və təqdimat bacarığı.

İş haqqında məlumat

Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.
Təcrübə Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və regionlarda (Qazax, Tovuz, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Beyləqan, Goranboy, Yevlax, Minqəçevir, Göyçay, Quba, Xaçmaz, İmişli, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara) əhatə edəcək.
Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV (foto mütləqdir) göndərməlidirlər.
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq.