Mühasib

  • 131
  • Bakı
  • 17/02/2021
  • Şəhər Bakı
  • Kateqoriya Mühasibat
  • Maaş 3000 ₼
  • Yaş 30 - 40 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 5 ildən artıq
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 17/02/2021
  • Bitmə tarixi 17/03/2021

Namizədə tələblər

- Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
- FMCG və yaxud Retail sektorunda 5 il baş mühasib təcrübəsi
- Logo Tiger proqrami

İş haqqında məlumat

- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- Maaş:2500-3000AZN
- İş vaxtı: 09:00–dan 18:00 dək
- İstirahət günləri: Şənbə və Bazar
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə Baş Mühasib qeyd edərək göndərə bilərsiniz