mühasib

  • 258
  • Bakı
  • 20/09/2021
  • Şəhər Bakı
  • Kateqoriya Mühasibat
  • Maaş 500 ₼
  • Yaş 25 - 45 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Bəli
  • Elanın tarixi 20/09/2021
  • Bitmə tarixi 20/10/2021

Namizədə tələblər

• Ali təhsil;
• 1C yüksək səviyyədə bilmək;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır);
• Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
• Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
• Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
• Komandada işləmək bacarığı;
• Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

İş haqqında məlumat

• İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
• Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
• Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək
• Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
• Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
• Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
• Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
• Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.)
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək