İş elanları axtararkən nələrə diqqət etməli?

İş elanları axtararkən nələrə diqqət etməli? Son zamanlar iş elanları saytlarının sayı artmaqdadır. Bəzi iş elanları saytları işədüzəltmə agentliklərinə məxsusdur. İnsanları aldadaraq onlardan müəyyən qədər ödəniş alıb təcrübəçi kimi işə götürməklə fırıldaqçılıq edirlər. Bəs belə "şirkətlərin" toruna necə düşməmək olar?

- Elana daxil olduqda e-mail adresinə baxın. Əgər sonu mail.ru, gmail.com və digər mail xidməti verən saytlara aiddirsə onda böyük ehtimal ki, şirkət deyil
- Elanda yerləşdirilən korporativ mailin saytına daxil olun , normal şirkət saytıdırsa demək qorxudu yoxdur.
- İş elanında e-mail yox yalnız nömrə qeyd edib "cv-ləri whatsapp nömrəmizə göndərin" yazırlarsa onlardan da uzaq durmaq lazımdır, böyük ehtimal fırıldaqçı işədüzəltmə agentliklərindəndir.

Bu sadaladıqlarımıza diqqət edərək özünüzü onlardan qoruya bilərsiniz.

Ən son iş elanları ilə linkə daxil olaraq tanış ola bilərsiniz.