İş görüşməsində uğurlu olmaq üçün 30 tövsiyə!

İş görüşməsinə bir az hazırlaşmaq uğurlu olma şansınızı təsəvvür etdiyinizdən daha çox artıra bilər. Müsahibədə nə edəcəyinizi və nə etməməli olduğunuzu bildiyiniz təqdirdə, müsahibənizin yağ kimi keçməməsi üçün bir səbəb yoxdur!

Buna görə də mütəxəssislərdən sizin üçün 30 tövsiyə hazırladıq:

1. İş görüşməsi üçün getdiyiniz şirkət və işverən haqqında məlumat toplayın.

2. Şirkətin son fəaliyyətlərindən xəbərdar olun.

3. Müsahibəyə erkən gedin.

4. Səliqəli geyinin və qamətinizə diqqət edin

5. Danışarkən özünüzdən əmin olun.

6. Görüşdüyünüz insanla onu narahat etməyəcək şəkildə göz təması qurun.

7. Suallara tələsik cavab verməyin.

8. Həddi aşmadan kiçik zarafatlar edin.

10. Sosial media hesabınızda müsahibəyə getdiyiniz şirkətlə bağlı müsbət yazılar paylaşın.

11. Sosial media hesabınızdakı son paylaşımlarınız işiniz, peşəniz və ya sektorla bağlı ciddi yazılar olsun.

12. İş mühitinə uyğun danışıq dilindən istifadə edin. Danışarkən təcrübənizi göstərmək üçün  işinizlə əlaqəli terminlərdən istifadə edin.

13. Özünüz kimi olun. Unutmayın ki, siz kim olduğunuzu göstərən xüsusiyyətlər sayəsində bu işi qazanacaqsınız.

14. Müsahibənin işəgötürən üçün sizi bacarıqlı, bilikli, təcrübəli və xoş bir insan kimi tanıması üçün bir fürsət olduğunu unutmayın.

15. Karyera hədəflərinizi müəyyənləşdirin və iş istəməyinizin səbəblərini aydın düşünün

16. Dostlarınız və ya həyat yoldaşınızla iş görüşməsinə getməmişdən əvvəl məşq edin.

17. İştirak etdiyiniz müsahibələrdə verilən sualları bir yerə qeyd edin və cavablarını hazırlayın.

18. Unutmayın ki, müsahibədə yalnız rəhbər işçiləri deyil, hamını heyran etməlisiniz.

19. Müsahibəyə girməzdən əvvəl dərindən nəfəs alın və rahatlamağa çalışın.

20. Müsahibə zamanı barmaqlarınızla oynamayın, boynunuzu və ya üzünüzü ovxalamayın. Sakit və rahat olun.

21. Mənfi ehtimallar üzərində dayanaraq özünüzü stressə salmayın

22. Gülümsəməyi unutma

23. Tərəddüt etdiyiniz suallar ola bilər. Belə sualların sizin əhvalınızı aşağı salmasına imkan verməyin.

24. Köhnə iş yerləriniz haqqında mənfi fikir bildirməyin.

25. Özünüzü çox tərifləməyin. Qədərində edilən təvazökarlıq güclü bir vasitədir.

26. Ən güclü tərəflərinizi vurğulamağı unutmayın.

27. Lazım olmadıqca zəif tərəflərinizdən bəhs etməyin

28. Şəxsi məsələlərdən danışmayın.

29. Müsahibədən əvvəl çox kofein qəbul etməyin.

30. Heç vaxt peşəkar olmayan dildə danışmayın.