
İş müsahibəsində uğurlu olmağın əsas qaydaları
İş tapmağın asan olmadığı indiki dövrdə bir çox
namizəd elə müsahibə mərhələsində işə qəbul olma şansını itirir. Bəs, müsahibəni
lehinə çevirə bilmək üçün nə edə bilərsən?
Qəbul edək ki, müsahibədə yaxşı performans göstərmək
asan bir iş deyil, çünki özünü ifadə etmək bəzən ən çətin şeylərdən biri olur.
Müsahibə - işəgötürənin namizədi tələb olunan vəzifəyə
görə qiymətləndirməsi və namizədin işəgötürəni və işi / vəzifəsini tanıması
üçün aparılan bir görüşdür. Müsahibə tək tərəfli deyil, ikitərəfli bir
reportajdır. Yəni, müsahibədə yalnız işəgötürənin sual verəcəyini və sənin bu
sualları cavablandıracağını və sonra müsahibənin bitəcəyini düşünürsənsə,
uğurlu və təsirli bir müsahibənin baş tutması mümkün deyil.
Müsahibəyə bir də iş axtaran tərəfindən tərif versək,
bu "işverənə özünün bu vəzifəyə uyğunluğunu izah etmə prosesi" kimi
ifadə edə bilərik. Burada 2 əsas məqama diqqət edək:
1. Birincisi, sizə doğru sual verilməsə də, özünüzü
düzgün izah etməyə məcbursunuz. İşverənin həmin gün hər hansı bir problemi olar
və diqqətini cəmləşdirməkdə çətinlik çəkə bilər. Unutmayaq ki, qarşımızdakı da
bir insandır. Çox istədiyiniz bir iş üçün müraciət etmisinizsə, sonradan peşman
olmaq əvəzinə müsahibənin məsuliyyətini öz üzərinizə götürüb daha çox səy göstərməlisiniz.
Əmin olun ki, bu kimi davranışlar çox vaxt müsbət nəticə verir. Buna görə də
müsahibəyə əvvəlcədən yaxşı hazırlaşmalısınız.
2. İkinci əsas məqam isə müsahibənin yalnız bir görüşlə
ilə məhdudlaşmamağıdır. İşverənin sizi dəyərləndirmə prosesi sizin ilk müraciətinizi
gördüyü andan başlayır və CV-nin və istək məktubunun qiymətləndirilməsi ilə
davam edir. Bu proses yalnız müqaviləni imzaladığınız gün tamamlanar. Buna görə
prosesin hər mərhələsində diqqətli olmaq faydalıdır. Müraciət mərhələsindən müsahibə
gününə və müqavilə imzalanana qədər hər davranışınıza diqqət etməli və o işi
almağa fokuslanmalısınız.
Qeyd etdiyimiz kimi, müsahibəyə hazırlaşarkən 2 əsas
məqamı nəzərdə saxlamalısınız. Əvvəla, yuxarıda izah etdiyimiz kimi, özünüzü
necə təsirli şəkildə ifadə edə biləcəyinizi çox yaxşı öyrənməlisiniz. İkincisi,
görüşəcəyiniz şirkətin müsahibə prosesləri barədə məlumat toplamalısınız.
"İş görüşməsində uğurlu olmaq üçün 30 tövsiyə" başlıqlı məqaləmizdəki müsahibələrdə müvəffəqiyyətli olmağınız üçün lazım olan digər tövsiyələri tapa bilərsiniz.