İşə qəbul zamanı Halo və horn effekti

İş görüşmələrində ilk təəssürat hər zaman əhəmiyyətlidir. İnsan resursları ofisinə daxil olduğumuz ilk anda insan resursları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, salamlaşma ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.
Halo effekti - Bir çoxları qarşısındakının xarici görünüşünün önəm daşımadığını desə də, həqiqətdə gözəl görüntü hər zaman daha diqqət çəkən, bəzi hallarda isə avantaj sayılır. Hətta bir çox hallarda xarici görünüşü gözəl olan birinin daxilinin də gözəl olduğu vurğulanır. Bu təsir növünün adı Halo effekti adlanır.
- Horn effekti - Horn effektinə görə sizi ilk görən və ya sizin haqqınızda az məlumatı olan bir insan sizi peşəkarlığınız, qabiliyyət və bacarıqlarınızla deyil, sizinlə bağlı hansısa mənfi bir hadisənin təsiri ilə qiymətləndirir. Daha doğrusu obyektiv qiymətləndirə bilmir, çünki o anda sizə qarşı içində bir qərəz var, o neqativ hadisə (sizin davranışınız, dini, siyasi baxışınız, fanatı olduğunuz klub, görünüşünüz və s.) sizin obyektiv qiymətləndirilməyinizə mane olur. Həmin qərəz və ya yumşaq kin sizə qarşı içində bir aqressiyanın formalaşmasına və bunun da sizin haqqınızda qərarlarına təsir göstərməsinə səbəb olur.
Halo və Horn effektləri bir-birinin prinsipcə əksi olsa da, hər ikisi də qərarverməyə mənfi təsir edir, obyektivlikdən uzaqlaşdırır.

Mənbə: Genulab Career Platform