KARYERADA DANIŞIQ və NİTQİN VACİBLİYİ və OXUMAQ

Sadə və real misal :
- Son dövrlərdə həyatında ən gözəl hadisə hansı oldu?
- Türkiyədə 2 həftə istirahət etdim.
- Necə keçdi?
- Yaxşı!
- Nələri bəyəndin orada?
- Hər şeyi
Qısa, konkret və BOŞ.
Müsahibələrdə daim soruşduğum əsas suallardan biri : "özünüz haqqınızda 2 dəqiqə istədiyiniz mövzuda sərbəst şəkildə danışın". Çox az insan özü haqda dəqiq, məntiqli, axıcı, yadda qalacaq və sistemli şəkildə danışa bilir.
Şəxsən yüzlərlə insanlr tanıyıram ki, ciddi biliklərə malik olmalarına rağmən karyera qura bilmirlər. Səbəbi isə sadədir : çox iş görə bilən insanlar öz işləri haqqında danışa bilmirlər, ətraflarında olan insanlarla, rəhbərləri və müştərilərlə kommunikasiya qurmaqda çətinlik çəkirlər.
Danışıq bacarığı, nitq qabiliyyəti, ünsiyyət qura bilmə bizim həyatımızın bütün sahələrində və mərhələlərində ÇOX əhəmiyyətlidirlər.
BİLİKLİ OLMAQ VACİBDİR, amma özü özlüyündə YETƏRLİ DEYİLDİR, çünki insan öz bilik və bacarıqlarını, keyfiyyətli iş nəicəsində əldə etdiyi nailiyyət və uğurlarını həm də izah edə bilməlidir.
Müvəffəqiyətlərimiz, uğursuzluqlarımızın səbəbləri və onlardan çıxardığımız nəticələr, sevdiyimiz və sevmədiyimiz işlər haqqında biz fikilərimizi ifadə edə bilməliyik.
Sevgimizi belə gözəl şəkildə etiraf etməliyik.
Burada isə əsas problemlər bunlardır : söz ehtiyatının zəif olması, fikirləri beyində sistemləşdirə bilməmə, biliklərimizin məntiqli və ardıcıl şəkildə çatdıra bilməmə, yadda qalacaq və sadə formada ifadə edilə bilməməsi.
Bunlar isə çox sadə şəkildə həll edilir : OXUMAQ, OXUMAQ və OXUMAQ. Oxumaq, qidalanma və yuxu qədər vacib bir vərdilş olmalıdır həyatımızda.

Müəllif: Peşəkər idarəçi Fəxri Ağayev