Rəhbər işçini istədiyi vaxt işdən azad edə bilər?

İş yerində işdən çıxarılma qorxusu yaşıyan vətəndaşlar üçün bilməli olduqları vacib məlumatlar:
İşdə rəhbər vəzifəsində olan şəxslər sizin razılığınız olmadan sizi işdən azad edə bilməzlər. Yalnız işlədiyiniz vəzifəni və ya ştatı ixtisara saldıqda yaxud ləğv etdikdə, iş zamanı öz vəzifələrinizi düzgün yerinə yetirmədikdə və müsəssisə ləğv olunduqda razılığınız olmadan sizi işdən çıxara bilərlər.
Digər hallarda işdən azad olunmaq üçün yalnız sizin yazılı razılığınız olarsa, yəni işdən çıxma barədə ərizə yazarsınızsa, sizi işdən çıxara bilərlər. Belə olan təqdirdə iş zamanı hər hansı bir mübahisə yaranarsa və müdirləriniz işdən azad olunma barədə sizdən ərizə yazmaq tələb edərlərsə, bunu yazıb-yazmamaq sizin hüququnuzdur.
Heç kim sizdən məcburi şəkildə ərizə yazmağı tələb edə bilməz, bu tamamilə qanunsuz və yolverilməzdir.

Müəllif: Vəkil Vamiq Şükürov