Satınalma üzrə mütəxəssis

  • 48
  • Bakı
  • 10/06/2021
  • Şəhər Bakı
  • Kateqoriya Satış üzrə mütəxəssis
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 23 - 45 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Xeyr
  • Dil bilikləri Azərbaycan dili İngilis Dili Rus dili
  • Elanın tarixi 10/06/2021
  • Bitmə tarixi 10/07/2021

Namizədə tələblər

Tələblər:
 Yaş həddi: 23-45
 Təhsili: Ali təhsilli
 İş təcrübəsi: Minimum 2 il
 Dil bilikləri: Rus və İngilis dilini bilənlərə üstünlük verilir
 Kompüter biliyi: Word, Excell, Internet Explorer
Əlavə Tələblər:
 Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
 Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
 Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
 Satınalma sənədlərini hazırlama qabiliyyəti;
 Satınalma müqavilələri ilə işləmə bacarığı;
 Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
 Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
Qeyd
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
 Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İş haqqında məlumat

“Mətanət A” şirkəti Satınalma üzrə mütəxəssis vakansiyanı elan edir.
İşin təsviri:
 Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
 Avadanlıq, mal-material, ehtiyat hissələri, kompyuter və elektrik avadanlıqları və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
 Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili
 Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
 Alınan malların keyfiyyətinə nəzarət.
Əmək haqqı
 Razılaşma yolu ilə
İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.