Satış təmsilçisi(Ekspeditor)

  • 157
  • Bakı
  • 19/05/2021
  • Şəhər Bakı
  • Kateqoriya Satış üzrə mütəxəssis
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 23 - 38 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Bəli
  • Elanın tarixi 19/05/2021
  • Bitmə tarixi 19/06/2021

Namizədə tələblər

- Ali və Orta təhsil ,
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Komandada işləmə bacarığı;
-Satış sahəsində minimum 3 illik təcrübə
-B kateqoriyalı sürücülük vəsiqəsi
-Müştərini qazanmaq qabiliyyəti
-Ünsiyyətcillik
-Dəqiqlik və məsuliyyət
-Problemləri həll etmə bacarığı
-Komanda şəklində işləmək qabiliyyəti
- Yaş: 23-35;

İş haqqında məlumat

-Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi,
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi,
-Müştəri borc limitlərinin nəzarətdə saxlanılması ,
- Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi,
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi,
-Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
- Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq,
-Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi,
-Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi.
-İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.