Avtoelektrik (kompyuter diaqnostikası üzrə)

  • 62
  • Bakı
  • 31/05/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 22 - 55 yaş
  • Təhsil Texniki təhsil
  • İş təcrübəsi 3 - 5 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Xeyr
  • Dil bilikləri Azərbaycan dili Rus dili
  • Elanın tarixi 31/05/2021
  • Bitmə tarixi 01/07/2021

Namizədə tələblər

Tələblər:
 Yaş həddi: 22-55;
 Təhsil: Orta texniki;
 Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır);
 Daxili Əmək İntizam Qaydalarına riayət etməli;
 Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi
Şəxsi keyfiyyətləri:
 İşə planlı yanaşma bacarığı;
 Məsuliyyətli;
 İşində dəqiqlik;
 Təmkinlilik, etibarlılıq;
 Səliqəli, çevik, operativ çalısan, bacarıqlı;
 Verilən işin öhdəsindən vaxtında gəlmək

İş haqqında məlumat

İşin təsviri:
 Gündəlik olaraq istismar olunan bütün yük, minik maşınlarının və ağır tonnajlı texnikalarının kompyuter diaqnostikasını aparmalı və aşkar edilmiş nasazlıqları aradan qaldırmalı
 Yük, minik avtomobillərində və ağır tonnajlı texnikalarda elektrik işlərini görməli;
 Yük, minik avtomobillərinin və ağır tonnajlı texnikaların dinamasını və starterini təmir etmək, yağlamaq, düzəltmək və digər ehtiyat hissələrini dəyişdirmək;
 Avtomobillərin işlək vəziyyətdə olmasını təşkil etməli;
 Yeni avadanlığın qəbulu və quraşdırılmasında iştirak etmək;
 Təhkim olunmuş, kompyuter vasitəsini, əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
 Görülmüş işlər haqda iş qeydləri aparmaq və əlavə işlər müəyyən edildikdə mexaniki məlumatlandırmaq;
 İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
 Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmalı;
 Nəqliyyat şöbəsinin müdiri və Mexanik tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirməli.
 Gördüyü işlər barədə birbaşa rəhbərini mütəmadi olaraq məlumatlandırmalı;
 Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
 İş saatı: 09:00 dan 18:00 dək;
 İş günü: Həftənin 6 günü;
 Nahar vaxtı: 13:00-14:00;
 İstirahət: Bazar günü;
 Servis xidməti mövcuddur;
 Nahar şirkət tərəfindən verilir;
 İş yeri: Bakı-Sumqayıt şosesi, Masazır dairəsinin yaxınlığı.