Mexanik (nəqliyyat üzrə)

  • 130
  • Bakı
  • 17/07/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş 700 ₼
  • Yaş 30 - 50 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 17/07/2021
  • Bitmə tarixi 17/08/2021

Namizədə tələblər

Tələblər:
 Təhsil: Ali təhsil (analoji sahə üzrə)
 Yaş həddi: 30-50
 Dillər: Azərbaycan və Rus dili
 Nəqliyyat üzrə mexanik vəzifəsində ən azı 3 il iş təcrübəsi;
 Kompüter biliyi: Word, Excell, Internet Explorer; (1C proqramını bilənlərə üstünlük verilir)
 Avtomobil servis mərkəzlərini, ehtiyat hissələrinin satışı mərkəzlərini yaxşı tanımalı;
 Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

İş haqqında məlumat

“Mətanət A” şirkəti Nəqliyyat şöbəsinə mexanik vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
 Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
 Texniki problemlərin həll edilməsi üçün istehsalçı ilə yazışmalar aparmaq;
 Ustalara nəzəri və praktik təlimlər keçirmək;
 Təmir olunmaya nəzarət;
 Təmir prosesinin mükəmməl bilən bacarıqlı ustalar yetişdirmək;
 Problemlər yarandıqda, onların səbəblərinin aşkar edilməsi, problemlərin həll yollarını tapması;
 Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi.
Əmək haqqı:
 Razılaşma yolu ilə.
Şəxsi keyfiyyətləri:
 Danışıq qabiliyyətli və fikrini aydın ifadə etməyi bacarmalı;
 İşə planlı və vicdanla yanaşması;
 Ünsiyyət yaratmaq bacarığı;
 Liderlik qabiliyyəti;
 Fəal olması;
 Dəqiqlik və dürüstlük.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• İş qrafiki: 6 günlük;
• İş saatı: Həftə içi 5 gün 09-00-dan 18-00-dək;
• Şənbə günü: Saat 09:00-dan 13:00-a dək;
• Bazar günü: İstirahət;
• Servis xidməti mövcuddur;
• Nahar şirkətdə verilir;
• İş yeri: Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında yerləşən zavodumuzda yerləşir.
Qeyd:
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;
 Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.