Baş energetik

  • 144
  • Bakı
  • 05/02/2021
  • Şəhər Bakı
  • Kateqoriya Mühəndis
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 25 - 45 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 5 ildən artıq
  • Nahar verilir Bəli
  • Sığorta olunur Bəli
  • Elanın tarixi 05/02/2021
  • Bitmə tarixi 05/03/2021

Namizədə tələblər

- Buraxılan məhsulların nomenklaturunu;
- İstehsal texnologiyasının əsaslarını;
- İstehsalat planlaşdırmasının hazırlanma qaydasını və məhsul buraxılışının təqvim qrafikini bilməlidir;
- Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
- Elektrotexnikanın əsaslarını bilməlidir.
- Tələb olunan bilik, bacarıq və səriştələr:
- Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
- Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
- Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
- Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
- Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili yaxşı
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
- Fikrini izah etmək qabiliyətli;
- Ünsiyyət qurmaq bacarıqlı;
- Fəal olması;
- İşə planlı yanaşması.

İş haqqında məlumat

- Məhsulun istehsal planı çərçivəsində istehsal edilməsinə nəzarət edir;
- İstehsalın təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımı işləri görür;
- Sexlərdə texnoloji intizamın yerinə yetirilməsinə, texnoloji avadanlığın düzgün istismarına nəzarət edir.
- Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
- Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
- Elektrik dövriyyəsinin hesablanması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
- Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
- Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti;
- Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
- Elektrik enerjisinin yüklənmə qrafikinə əsasən, istifadənin səmərəlilik və effektivliyinə nəzarət etmək;
- Enerji qurğu və avadanlıqlarının əsaslı təmirini həyata keçirmək;
- Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;
- Texnika və avadınlıqların işini effektivləşdirəcək təkliflər verməli.
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki-6 günlük,
- Həftə içi 5 gün saat 08:00-dan 17:00-a dək;
- Şənbə günü saat 08:00-dan 13:00-a dək;
- Servis xidməti mövcuddur;
- Nahar şirkətdə verilir.
- İş yeri: Qaradağ rayonu, Ağdağ Gips zavodu.
* CV-lərinizi mövzu sətrində (subject) vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
* Əlaqə nömrəsi: 050-208-66-95.