Baş mexanik

  • 84
  • Bakı
  • 26/07/2021
  • Şəhər Bakı
  • Kateqoriya Mühəndis
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 25 - 50 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 3 - 5 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 26/07/2021
  • Bitmə tarixi 26/08/2021
Vakansiya aktiv deyil

Namizədə tələblər

Tələblər:
 Təhsil: Ali (Mühəndis-mexanik ixtisası üzrə Univeristeti bitirənlərə üstünlük veriləcək.)
 Yaş həddi: 25-50
 İş təcrübəsi: 5 il iş təcrübəsi olmalı (Sənaye sahələrində çalışanlara üstünlük veriləcək.)
 2D və 3D (Autocad və SolidWorks) proqramlarını bilməlidir;
 Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
 Dillər: Azərbaycan və Rus dillərini bilməli.

İş haqqında məlumat

“Mətanət A” şirkəti Baş mexanik vakansiyanı elan edir.
İşin təsviri:
 Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
 Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
 İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək və görülən işləri proqrama daxil etmək, istehsalatın texniki hazırlığını təmin etmək;
 Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq və
 Təmiri ilə bağlı hesabatların və planların hazırlanması
 Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
 Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
 Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
 Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.
Əmək haqqı:
 Razılaşma yolu ilə.
İş şəraiti:
 İş saatı: 08-00-dan 17-00-dək;
 İş günü: Həftənin 6 günü;
 İstirahət günü: Bazar günü;
 Servis xidməti mövcuddur;
 Nahar şirkət tərəfindən qarşılanır;
 AR ƏM-nə uyğun sənədləşmə;
 İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2( Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)
Şəxsi keyfiyyətləri:
 İşə planlı yanaşma;
 Yüksək ünsiyyət bacarığı;
 Məsuliyyətlilik;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Qeyd:
 Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur.
 Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
 Əlaqə nömrəsi: 050-208-66-95.