“Santral Elektrik LTD”

Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir. On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir. Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir. Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “Santral Elektrik” LTD-nin bu gün Bakı şəhərində üç müasir satış mərkəzi mövcuddur. İki il əvvəl istifadəyə verilmiş üç mərtəbəli əsas satış mərkəzi 6000 m2-dən artıq sahədə yerləşir. Əsas satış mərkəzinin birinci mərtəbəsində dünya şöhrətli “Siemens”, “Schneider Electiric”, “Legrand”, “Gewis”, “Philips”, “Osram”, “Siteco”, “ATX”, “Kemppi”, “Esab”, “Bosch”, “Dewalt”, “Wolf”, “Delta Plus”, “Commax”, “Holmatro”, “Hidrotec”, “Water Life”, “Genpower”, “Dalgakiran”, “Elemax” və s. istehsalçıların elektrik məhsulları, generatorları, kompressorları, qaynaq aparatları, soyutma, isitmə və su təmizləmə sistemləri, təhlükəsizlik sistemləri, iş geyimləri, əl alətləri yer alır. Bu mərtəbədə yerli istehsal müəssisələri olan “Gök-Nur Bakı” və “GBS” zavodlarının istehsal etdiyi kabellər və gərginlik kameraları xüsusi yer tutur. “Gök-Nur Bakı LTD” dünya standartlarına uyğun geniş çeşiddə alçaq və orta gərginlik kabellərini təqdim edir.