“Cənnət Bağı Qrup”

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 avqust 1999-cu il tarixində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Şirkətlər Qrupu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada geniş çeşidli fəaliyyət növləri ilə məşğul olur. Onun əsas fəaliyyət istiqamətlərindən biri də turizmin təşkili, ölkə daxilində və xaricində turistlərə və həmçinin sadəcə istirahət etmək istəyən vətəndaşlara sərbəst vaxtlarında bütün növ servis xidmətlərinin göstərilməsi, ekskursiyaların, səyahətlərin təşkili, kütləvi idman, tamaşa, şou, konsert və digər istirahət tədbirlərinin keçirilməsi, uşaqlar üçün əyləncə tədbirləri, eyni zamanda istirahət mərkəzlərində işgüzar görüş və konfrans tədbirlərinin həyata keçirilməsindən ibarətdir. “Cənnət Bağı” Şirkətlər Qrupu bu fəaliyyət məqsədlərini həyata keçirmək üçün dörd istirahət mərkəzi yaratmışdır. Bu istirahət mərkəzləri Azərbaycanın dilbər guşələrindən olan Mingəçevir şəhəri, Xızı və Quba rayonlarında yerləşir. “Ağsaray Deluxe&Spa” – Mingəçevir, “Cənnət Bağı” – Altıağac və “Cənnət Bağı” – Quba, adlanan bu istirahət mərkəzləri artıq illərlə insanların sevimli səfər, gəzinti, görüş və istirahət yerlərinə çevrilmişdir. Bütün parametrləri ilə ekoloji cəhətdən təmiz olan bu istirahət mərkəzlərinə bir dəfə gəlsəniz, bir də gəlmək istəyəcəksiniz. Çünki buralar sözün əsl mənasında həm özünüz, həm ailə üzvləriniz, həm dost və tanışlarınız üçün əsl cənnət məkanıdır. Gəlin və görün! Bu gözəlliyi yaşayın!

- İş Xızı r-da yerləşir
- İş qrafiki 09:00-dan 18:00-dək
- Ayda 4 dəfə istirahət
...