“EE Tikinti Servis MMC”

sgəndər Ramazan oğlu Kazımov. 22 oktyabr 1975-ci ildə Gədəbəy rayonu Pərizamanlı kəndində anadan olmuşdur. Doğulub boya-başa çatdığı kənddə orta məktəbi bitirib. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakulətəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti bitirmişdir. 1997-ci ildə ARDNŞ-nın Neft Marş Təmir zavoduna energetik, metal konstruksiya sexinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1998-ci ildə ehtiyyatda olan zabit kimi hərbi xidmətə çağırılmış və cəbhə bölgələrində xidmətə başlamışdır. Qısa müddət ərzində nümunəvi xidmətinə görə batareyanın baş zabiti, reaktiv artileriya batareyası komandiri, əlahiddə artileriya kəşfiyyatı, idarə etmə bölməsinin komandiri və hərbi hissənin kəşfiyyat rəisi vəzifəsinə qədər yüksəlmişdir. Nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0/75T N°li əmri ilə “Silahlı Qüvvələrin 90 İlliyi" yubiley medalı ilə təltif edilmişdir. Hərbi xidməti başa çatdığına görə 2004-cü ilin sonlarında kapitan hərbi rütbəsi ilə ehtiyata buraxılmışdır. Xidmət dövründə qusursuz xidmətinə görə dəfələrlə fəxri fərman, qiymətli hədiyyələr və s. ilə təltif edilmişdir. 2005-ci ilin əvvəllərində, "Azəriqaz" QSC-nın Nəsimi rayonu Qİİ-nə nəzarətçi çilingər peşəsinə işə başlamışdır. 2006-cı ildə, "Azəriqaz" QSC-nn təmir tikinti idarəsinə çilingər peşəsinə qəbul olunub, öz işində məsuliyyətli olduğuna görə qısa müddət ərzində usta, iş icraçısı və baş icraçı vəzifəsinə qədər yüksəlmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə, "Azəriqaz" QSC ARDNŞ-nın tərkibinə verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq "Azəriqaz" İB-nin Nəsimi rayon Təmir Tikinti xidmətinin rəisi vəzifəsinə təyin edilmiş, sonra Qaradağ rayonu Təmir Tikinti sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 2011-ci ilin sonlarına qədər həmin vəzifədə çalışmışdır. 2012- ci ilin əvvəllərində fiziki şəxs kimi Tikinti sahəsində müstəqil çalışmağa başlamışdır. 2012-ci il noyabrın 8-də, “Bakı EE Təmir Tikinti” MMC-ni təsis etmiş və həmin MMC-ə direktor təyin edilmişdir. Həmin ildə su-kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri ilə "Azərsu" ASC-ilə baş podrat müqavilə bağlamış, 2013cü ilin əvvəllərində xususi razılıq (lisenziya) alaraq böyük layihələr həyata keçirmişdir. Paralel olaraq “VV Construction” MMC-nin icraçı direktoru olaraq 2016-cı ilin sonlarına qədər qaz sahəsində müxtəlif böyük dövlət layihələrini həyata keçirmişdir. 2017-ci il yanvarın 17-i "EE Tikinti Servis" MMC-ni təssis etmiş və həmin MMC-ə baş direktor təyin edilmişdir. 2017-ci il fevralın 10-da həmin şirkət üçün, maye və təbii qaz obyektlərinin quraşdırılması üçün xüsusi razılıq (lisenziya) almış, 2017-ci il fevralın 8-də qaldırıcı qurğuların,metallurgiya avadanlıqlarının təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üçün xüsu razılıq (lisenziya) almışdır. Hal- hazırda hər iki şirkətin təsisçisi və baş direktorudur. Evlidir. İki oğlu var.

- Qonaqların qarşılanması (çay, kofe, su)
- Daxil olan zənglərin cavablandırılması
- E-mail və yazışmaların həyata keçirilməsi
...