“Mətanət A”

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı "Mətanət A" şirkəti ətraf mühitin idarə olunması faktoruna da məsuliyyətlə yanaşır və nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları (“Century İnternational Quality Era Award” ,“Award Global Quality Management”, “Gold Star International Award for Quality”,”New Millenium Award”, “Intellekt” mükafatı, “İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, “İlin brendi-AĞDAĞ”, Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur. Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır. 2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər. Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır. Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.

“Mətanət A” şirkəti Fəhlə vakansiyanı elan edir:
İşin təsviri:
...

Mətanət A

Avtoelektrik (kompyuter diaqnostikası üzrə)

İşin təsviri:
 Gündəlik olaraq istismar olunan bütün yük, minik maşınlarının və ağır tonnajlı texnikalarının kompyuter diaqnostikasını aparmalı və aşkar edilmiş nasazlıqları aradan qaldırmalı
 Yük, minik avtomobillərində və ağır tonnajlı texnikalarda elektrik işlərini görməli;
...

Mətanət A

Laborant

İşin təsviri:
 Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarmalıdır;
 Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır;
...

Mətanət A

Maliyyə və Büdcə üzrə mütəxəssis

İşin təsviri:
 Şirkətin maliyyə fəaliyyətini təhlil etmək;
 Satış üzrə təhlillərin aparılması və Debitor borclara nəzarət edilməsi;
...

Mətanət A

Mühafizəçi

İşin təsviri:
 Obyektin mühafizəsi;
...

Mətanət A

Anbardar (Gürcüstan)

İşin təsviri:
 Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;
 Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
...

Mətanət A

Baş mexanik

“Mətanət A” şirkəti Baş mexanik vakansiyanı elan edir.
İşin təsviri:
...

Mətanət A

Xammalın keyfiyyətinə nəzarət üzrə mütəxəssis

“Mətanət A” şirkəti Xammal və qabların Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
...

Mətanət A

Satınalma üzrə mütəxəssis

“Mətanət A” şirkəti Satınalma üzrə mütəxəssis vakansiyanı elan edir.
İşin təsviri:
...

Mətanət A

Logistika üzrə mütəxəssis

Tələblər:
 Yaş həddi: 25-45
 Təhsili: Ali təhsilli.
...

Mətanət A

Səyyar təchizatçı

İşin təsviri:
 Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
...

Mətanət A

Avtoyükləyici

“Mətanət A” şirkəti Avtoyükləyici vakansiyanı elan edir.
İşin təsviri:
...

Tələblər:
 Yaş: 25-50;
 Cins: Qadın
...

Mətanət A

Elektrik

“Mətanət A” şirkəti Elektrik vakansiyanı elan edir.
İşin təsviri:
...

Mətanət A

Mühafizəçi

“Mətanət A” şirkəti Mühafizəçi vakansiyasını elan edir.
İşin təsviri:
...

Mətanət A

Xarici satınalmalar üzrə mütəxəssis

“Mətanət A” şirkəti Xarici satınalma mütəxəssisi vakansiyasını elan edir.
İşin təsviri:
...