Anbardar (Gürcüstan)

  • 143
  • Bakı
  • 17/07/2021
  • Şəhər Bakı
  • Kateqoriya Anbardar
  • Maaş Razılaşdırma yolu ilə
  • Yaş 30 - 50 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Xeyr
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 17/07/2021
  • Bitmə tarixi 17/08/2021

Namizədə tələblər

Tələblər:
 Təhsil: Ali (bakalavr);
 Yaş həddi: 30-50;
 Kompüter biliyi: MS Office (Word, Excel), “1C”;
 Dil bilikləri: Azərbaycan, Rus və Gürcü dili;
 İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.

İş haqqında məlumat

“Mətanət A” şirkəti Anbardar (Gürcüstan) vakansiyanı elan edir.
İşin təsviri:
 Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;
 Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, sayına düzgün nəzarət edilməsinə (Şirkətin sənədi üzərində), saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
 Yanğın əleyhinə, texniki təhlükəsizlik və s. vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;
 Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir və Aktlaşdırır;
 Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;
 Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
 Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun kompyuter proqramı və sənəd üzərində aparılmasına nəzarət edir;
 Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir;
 Vaxtında Şirkətə hesabatları verir.
Əmək haqqı:
 Razılaşma yolu ilə.
İş şəraiti:
 İş saatı: 09-00-dan 18-00-dək;
 Bazar günü istirahət;
 İş yeri: Gürcüstan Respublikası, Tibilisi şəhərində yerləşəcəkdir.
Qeyd:
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;
 Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
 Əlaqə nömrəsi: 050-208-66-95.