Mexanik - çilingər

  • 199
  • Bakı
  • 25/04/2021
  • Şəhər Bakı
  • Kateqoriya Digər
  • Maaş 1500 ₼
  • Yaş 25 - 45 yaş
  • Təhsil Bakalavr
  • İş təcrübəsi 1 - 3 il
  • Nahar verilir Bəli
  • Sığorta olunur Xeyr
  • Elanın tarixi 25/04/2021
  • Bitmə tarixi 25/05/2021

Namizədə tələblər

Tələblər:
 Təhsil: Ali;
 Yaş həddi: 25-45
 Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
 Dillər: Rus biliyi arzu olunandır.
Şəxsi keyfiyyətləri:
 Fikrini izah etmək qabiliyətli;
 Ünsiyyət yaratmaq bacarıqlı;
 Fəal olması;
 İşə planlı yanaşması.

İş haqqında məlumat

“Mətanət A” şirkəti Mexanik-Çilingər vakansiyanı elan edir
İşin təsviri:
 Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
 Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
 İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
 Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
 Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
 Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
 Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
 Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.
Əmək haqqı:
Razılaşma yolu ilə.
İş şəraiti:
 İş saatı: 08-30-dan 18-00-dək;
 İş günü: Həftənin 6 günü;
 Bazar günü istirahət;
 Servis xidməti mövcuddur;
 Nahar şirkət tərəfindən qarşılanır;
 AR ƏM-nə uyğun sənədləşmə.
 İş yeri: AZ 1023-Masazır-2( Bakı-Sumqayıt şosesi,Masazır qəsəbəsi dairəsinin yaxınlığı)
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.